​"Qəbələ" və "Qarabağ" Avroliqanın "pley-off" mərhələsində mübarizəyə qoşulur

​"Qəbələ" və "Qarabağ" Avroliqanın "pley-off" mərhələsində mübarizəyə qoşulur "Qəbələ" Bakıda, "Qarabağ" səfərdə çıxış edəcək
Futbol
18 Avqust , 2016 09:53
​Qəbələ və Qarabağ Avroliqanın pley-off mərhələsində mübarizəyə qoşulur

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" və "Qarabağ" ilk oyunlarını keçirəcək. "Report"un məlumatına görə, "Qarabağ" səfərdə, "Qəbələ" isə Bakıda qələbə qazanmağa çalışacaq.

"Qırmızı-qaralar"ın rəqibi Sloveniyanın "Maribor" klubu olacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Avroliqada ardıcıl olaraq Gürcüstanın "Samtredia" (5:1, 1:2), Macarıstanın MTK (2:1, 2:0) və Fransanın "Lill" klubunu (1:1, 1:0) mübarizədən kənarlaşdırıb. "Qəbələ" "Maribor" səddini keçəcəyi təqdirdə ikinci dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubuna məğlub olaraq mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ" isə İsveçdə "Göteborq"un qonağı olacaq. Qurban Qurbanovun komandası cütün qalibi olarsa, "köhlən atlar" ardıcıl üçüncü dəfə qitə turnirində mübarizə aparacaq.

Avropa Liqası, "pley-off" mərhələsi, ilk oyun

21:00. "Qəbələ" – "Maribor" (Sloveniya)

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko

Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)

Bakı. "Dalğa Arena" stadionu

21:00. "Göteborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Pavel Raçkovski

Yan xətt hakimləri: Radoslav Sijka, Mixal Obukoviç

Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)

Hakim-inspektor: Yap Uilenberq (Hollandiya)

UEFA nümayəndəsi: Trefor Lloyd Hyuz (Uels)

Qotenburq, "Gamla Ullevi" stadionu.

Qeyd edək ki, cavab görüşləri bir həftə sonra keçiriləcək.

Son xəbərlər

Orphus sistemi