​"Qəbələ" - "Samtredia" oyununa təyinatlar açıqlanıb

​"Qəbələ" - "Samtredia" oyununa təyinatlar açıqlanıb Oyun belaruslu hakimlərə tapşırılıb
Futbol
24 İyun , 2016 17:57
​Qəbələ - Samtredia oyununa təyinatlar açıqlanıb

Bakı. 24 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qəbələ" və Gürcüstanın "Samtredia" komandaları arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb. "Report"un məlumatına görə, qarşılaşmanı belaruslu hakimlər briqadası idarə edəcək.

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyun

21:00. "Qəbələ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan)

Baş hakim: Denis Şerbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka

Dördüncü hakim: Sergey Tsınkeviç

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi