​"Qəbələ" "Samtredia" ilə oyuna Bakıda hazırlaşacaq

​"Qəbələ" "Samtredia" ilə oyuna Bakıda hazırlaşacaq İki futbolçu zədəlidir
Futbol
1 İyul , 2016 16:47
​Qəbələ Samtredia ilə oyuna Bakıda hazırlaşacaq

Bakı. 1 iyul. REPORT.AZ/ "Qəbələ" klubu Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə keçiriləcək cavab görüşünə Bakıda hazırlaşacaq. 

Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, "qırmızı-qaralar" bu gün istirahətdədir və sabahdan paytaxtda, "Bakı"nın stadionunda hazırlığa start verəcək. Komandanın heyətində iki futbolçu - Elvin Camalov və Asif Məmmədov zədəlidir.

Qeyd edək ki, cavab görüşü iyulun 7-də Gürcüstanın Zestafoni şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi