Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın "Qəbələ" klubu növbəti yoxlama oyununu keçirib.
"Report" xəbər verir ki, komandamız bu dəfə Rusiyanın "Kuban" kollektivi ilə qarşılaşıb.
Matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.