​“Qəbələ” "İnter"lə heç-heçə oynayıb

​“Qəbələ” "İnter"lə heç-heçə oynayıb “Qırmızı-qaralar” matçın sonlarına yaxın qələbəni əldən veriblər
Futbol
21 Dekabr , 2014 17:13
​“Qəbələ” İnterlə heç-heçə oynayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Topaz Premyer Liqasının XVIII və 2014-cü ilin son turunun oyunları keçirilib.

"Report" xəbər verir ki,  Qəbələnin eyniadlı klubun doğma meydanda "İnter"i qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutan matç 1-1 hesabı ilə başa çatıb.

Oyuna daha fəal başlayan meydan sahibləri 38-ci dəqiqədə öz istəklərinə çatıblar. Dodo adını tabloya yazdırıb. İlk hissə “qırmızı-qaralar”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissəyə qonaqlar fəal başlayıb. Görüşün 67-ci dəqiqəsində Məhəmməd Mirzəbəyov hesabı bərabərləşdirib.

Turun digər görüşlərində bu nəticələr qeydə alınıb:

"Xəzər Lənkəran" 1-1 AZAL

"Qarabağ" 2-0 "Sumqayıt"

"Simurq" - "Bakı" matçı isə əlverişsiz hava şəraiti üzündən dekabrın 22-nə keçirilib. 

XIV turun oyunları 2015-ci il yanvarın 30-dan etibarən başlayacaq.

Son xəbərlər

Orphus sistemi