​“Qəbələ”nin yeni transferləri düşərgəyə qoşulub

​“Qəbələ”nin yeni transferləri düşərgəyə qoşulub “Qırmızı-qaralar” sentyabrın 6-da Odessanın “Çernomorets” klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq
Futbol
4 Sentyabr , 2015 20:31
​“Qəbələ”nin yeni transferləri düşərgəyə qoşulub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Ukraynada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıqlarını davam etdirir. “Report”un klubun saytına istinadən verdiyi məlumata görə, sentyabrın 1-dən Odessada hazırlaşan “qırmızı-qaralar” gündə bir dəfə məşq edir. Komanda fiziki hazırlıqla başlayan məşqləri toplu çalışmalarla başa vurur. Roman Qriqorçukun yetirmələri hazırlıqları milli komandaların üzvləri olmadan keçir. 

“Qəbələ”nin son transferlərindən Vaqif Cavadovla Fakundo Pereyra da məşqlərdə iştirak edir. Bundan başqa, klubun əvəzedici heyətinin üzvü Sahil Mirzəyev də əsas komandanın düşərgəsində hazırlıq keçir. 

Xatırladaq ki, 6 günlük təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” sentyabrın 6-da Odessanın “Çernomorets” klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi