​"Qəbələ"nin rəqibi Dmitar Berbatovu heyətinə cəlb edib

​"Qəbələ"nin rəqibi Dmitar Berbatovu heyətinə cəlb edib PAOK bolqar hücumçunun transferini yekunlaşdırmaq üzrədir
Futbol
3 Sentyabr , 2015 02:23
​Qəbələnin rəqibi Dmitar Berbatovu heyətinə cəlb edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqasında Azərbaycanın "Qəbələ" klubu ilə eyni qrupda yer alan PAOK (Yunanıstan) heyətinə daha bir futbolçu cəlb edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bolqarıstan millisinin məşhur futbolçusu Dmitar Berbatovun transferini yekunlaşdırmaq üzrədir.

34 yaşlı bolqar hücumçu karyerası ərzində 635 oyuna 274 qol vurub. O, "Bayer Leverkuzen", "Tottenhem", "Mançester Yunayted" və "Fulhem" kimi klubların şərəfini qoruyub. 

Son xəbərlər

Orphus sistemi