"Qəbələ"nin qapıçısı: "Qriqorçuk hər keçən il daha da inkişaf edir"

"Qəbələ"nin qapıçısı: "Qriqorçuk hər keçən il daha da inkişaf edir" Ukraynalı qapıçı yerli mətbuata baş məşqçidən danışıb
Futbol
26 Dekabr , 2015 17:20
Qəbələnin qapıçısı: Qriqorçuk hər keçən il daha da inkişaf edir

Bakı. 26 dekabr. REPORT.AZ/ "Məşqçilik işi hər gün, hər ay, hər il dəyişikliyə məruz qalıb inkişaf edir. Roman Qriqorçuk müəyyən düzəlişlər edir və qazandığı təcrübəyə əsasən özü üçün nəticə çıxarır". "Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun qapıçısı Dmitri Bezotosnı deyib.

Ukraynalı əlcək sahibi yerli mətbuata açıqlamasında Qriqorçukdan danışıb. O bildirib ki, həmyerlisi olan 50 yaşlı çalışdırıcı hər keçən il daha da inkişaf edir: "Bunun nəticəsi olaraq məşq prosesində yeni nüanslar meydana gəlir. Onun əsas şüarı belədir: "Hər zaman qalib gəlib, yeni zirvələr fəth etmək". Bu, Odessada da belə idi, indi də. Bu baxımdan İocifoviç heç dəyişməyib. O, maksimalist insandır. Buna görə də həmişə qazanmaq və komandasının yalnız ən yaxşısı olmasını istəyir".

Son xəbərlər

Orphus sistemi