"Qəbələ"nin "Maribor"la ilk oyununun yeri dəyişdirilib

"Qəbələ"nin "Maribor"la ilk oyununun yeri dəyişdirilib UEFA müvafiq qərarını günün sonuna qədər rəsmən açıqlayacaq
Futbol
5 Avqust , 2016 16:22
Qəbələnin Mariborla ilk oyununun yeri dəyişdirilib

Bakı. 5 avqust. REPORT.AZ/ Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" və Sloveniyanın "Maribor" komandaları arasında baş tutacaq ilk oyunun yeri dəyişdirilib. 

Bu barədə "Report"a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, UEFA müvafiq qərarını günün sonuna qədər rəsmən açıqlayacaq.

Püşkə əsasən, ilk matçın Sloveniyada keçirilməsi nəzərdə tutulsa da, daha sonra oyun Bakıya salınıb. Buna səbəb Azərbaycanın Avroliqadakı digər təmsilçisi "Qarabağ"ın da həmin gün səfərdə oynamasıdır. 

"Qəbələ" və "Qarabağ" ev oyunlarını Bakıda keçirir. UEFA-nın reqlamentinə əsasən, eyni şəhərdə bir gündə iki oyun keçirilə bilməz.

Qeyd edək ki, ilk görüşlər avqustun 18-də, cavab oyunları isə bir həftə sonra olacaq.

Son xəbərlər

Orphus sistemi