​"Qəbələ"nin iki rəqibi müəyyənləşib

​"Qəbələ"nin iki rəqibi müəyyənləşib Komanda 3 yoxlama görüşü keçirəcək
Futbol
7 İyun , 2016 21:03
​Qəbələnin iki rəqibi müəyyənləşib

Bakı. 7 iyun. REPORT.AZ/ "Qəbələ” futbol klubunun yay hazırlıq planı müəyyənləşib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" iyunun 10-da toplaşacaq.

Komanda yeni mövsümün hazırlığının 1-ci mərhələsini keçirmək üçün Bakıya yığışacaq. "Qafqaz City Hotel"də məskunlaşacaq "Qəbələ" iyunun 15-dək paytaxtda toplanışda olacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bu müddətdə məşqlərini "Bakı" klubunun bazasında gerçəkləşdirəcək.

Hazırlıq prosesinin 2-ci mərhələsini ölkə xaricində keçirəcək "qırmızı-qaralar" təlim-məşq toplanışı üçün Gürcüstana yollanacaq. Komanda İyunun 16-dan 26-dək Tbilisidə hazırlıq keçəcək.

Əyalət klubu qonşu ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardan ikisindəki sınaqçı rəqiblər artıq bəllidir. "Qırmızı-qaralar" ayın 18-də Qorinin "Dila" kollektivi ilə qarşılaşacaq. Rəqib başa çatan mövsümdə Gürcüstan çempionatının bürünc mükafatını qazanıb. Bu matçdan 4 gün sonra – iyunun 22-də "Qəbələ" Bolnisinin "Sioni" klubu ilə üz-üzə gələcək. "Sioni" ötən mövsümü ölkə çempionatında 5-ci pillədə başa vurub. Hazırlıq prosesinin son günündə - iyunun 26-da daha bir matça çıxacaq komanda mümkün variantlar arasında seçim edəcək.

Son xəbərlər

Orphus sistemi