"Qəbələ"nin hücumçusu Bosniya və Herseqovina yığmasında zədələnib

"Qəbələ"nin hücumçusu Bosniya və Herseqovina yığmasında zədələnib Hücumçu qarşıdakı oyunlarda milli komandaya kömək edə bilməyəcək
Futbol
9 Oktyabr , 2015 10:08
Qəbələnin hücumçusu Bosniya və Herseqovina yığmasında zədələnib

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasının düşərgəsində zədələnib. "Report"un məlumatına görə, çiynindən zədə alan 27 yaşlı hücumçu AVRO-2016-nın qalan seçmə matçlarında yığmaya kömək edə bilməyəcək. 

Eyni səbəbdən Sead Kolaşinats və Tino-Sven Suşiç də millidən kənarda qalıb. Hələlik onların yaşıl meydanlardan nə qədər uzaq qalacaqları bilinmir.

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində B qrupunda yer alan Bosniya və Herseqovina millisi oktyabrın 10-da evdə Uelslə, oktyabrın 13-də isə səfərdə Kiprlə qarşılaşacaq. Komandaya "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də çağırılıb. 

Son xəbərlər

Orphus sistemi