​"Qəbələ"nin futbolçusu: "Yaxşı hazırlaşıb mərhələ keçəcəyik"

​"Qəbələ"nin futbolçusu: "Yaxşı hazırlaşıb mərhələ keçəcəyik" "İnter"lə oyunda qələbə qazanmalı idik"
Futbol
13 Avqust , 2016 10:41
​Qəbələnin futbolçusu: Yaxşı hazırlaşıb mərhələ keçəcəyik

Bakı. 13 avqust. REPORT.AZ/ "Hava çox isti idi. "İnter" güclü komandadır və yaxşı oyun keçdi. Əsas qarşılaşmamız Avropa Liqasının "pley-off"unda Sloveniyanın "Moribor" klubuna qarşı olacaq. Artıq bu oyuna köklənməliyik".

Bunu "Report"a açıqlamasında "Qəbələ" klubunun futbolçusu Teo Uiks deyib.

Azərbaycan Premyer Liqasının II turunda "İnter"lə keçirilmiş oyun haqqında danışan liberiyalı yarımmüdafiəçisi bildirib ki, nəticə ədalətli olmadı: "Bu oyunda qələbə qazanmaq şansımız vardı. Mən məşqçi deyiləm ki, səhvləri deyim. Yalnız onu deyə bilərəm ki, bu görüşdə qələbə qazanmalı idik".

26 yaşlı futbolçu avqustun 18-də Avropa Liuqasının "pley-off" mərhələsində Sloveniya "Moribor"una qarşı keçiriləcək oyundan da söz açıb: "Düzü rəqibin oyununu görməmişəm. Amma inanıram ki, yaxşı hazırlaşıb mərhələ keçəcəyik."

Son xəbərlər

Orphus sistemi