"Qəbələ"nin futbolçusu oyun vaxtı başından zədə alıb - ƏLAVƏ OLUNUB

"Qəbələ"nin futbolçusu oyun vaxtı başından zədə alıb - ƏLAVƏ OLUNUB Sergey Zenyov təcili yardım maşınında müalicə edilib
Futbol
30 Yanvar , 2016 14:31
Qəbələnin futbolçusu oyun vaxtı başından zədə alıb - ƏLAVƏ OLUNUB

Bakı. 30 yanvar. REPORT.AZ/ "Qəbələ"nin futbolçusu Sergey Zenyov zədələnib. "Report"un məlumatına görə, estoniyalı hücumçu "Kəpəz"lə Azərbaycan Premyer Liqasının XIX tur matçının 13-cü dəqiqəsində xəsarət alıb.

O, Gəncə komandasının futbolçusu ilə toqquşma nəticəsində başından zərbə alaraq, yerə sərilib. Oyuna davam etdirə bilməyən 27 yaşlı forvardı Aleksey Antonov əvəzləyib. Zenyov isə təcili yardım maşınında müalicə alıb.

Qeyd edək ki, hazırda "Kəpəz" öndədir - 1:0. Yeganə qolu 26-cı dəqiqədə Jülyen Ebah vurub.

Son xəbərlər

Orphus sistemi