​"Qəbələ"nin futbolçusu: "Hər matçda demək olar ki, təkqapı oynayırıq"

​"Qəbələ"nin futbolçusu: "Hər matçda demək olar ki, təkqapı oynayırıq" "Qəbələ"yə gələndə komandalar çox sıx oyun sərgiləyir
Futbol
10 Noyabr , 2015 07:17
​Qəbələnin futbolçusu: Hər matçda demək olar ki, təkqapı oynayırıq

Bakı. 10 noyabr. REPORT.AZ/ "Avropa Liqası oyunlarında çıxış "Qəbələ"nin ölkə çempionatındakı matçlarına təsir göstərmir. Sadəcə "Qəbələ"yə gələndə komandalar çox sıx oyun sərgiləyir, hər matçda demək olar ki, təkqapı oynayırıq.

"Report" xəbər verir ki, bu sözləri noyabrın 9-da keçirilən çempionat oyununda "İnter"lə 1:1-lik nəticədən sonra "Qəbələ"nin futbolçusu Samir Zərgərov deyib.

O, komandanın son uğursuzluqları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb:

-Yerli klublar "Qarabağ"a qarşı da eyni müqaviməti göstərir, belə anlaşılır ki, siz "Qarabağ"dan zəifsiz?

- Xeyir, zəif deməzdim, biz heç bir komandadan zəif deyilik. Yaranan fürsətlərdən maksimum yararlana bilmirik.

-Qriqorçukun Ukrayna millisinə getmək məsələsi gündəmə gələndən, "Qələbə" artıq əvvəlki nəticələri nümayiş etdirə bilmir...

- Bunu biz mətbuatdan oxuyuruq. Lakin inanın ki, klubda belə bir söhbət yoxdur. Heç futbolçular arasında da, heç kim bu haqda danışmır.

-Komanda artıq neçə vaxtdır ki, qələbə qazana bilmir. Bu gedişlə hara gedirsiz?

- Düzdür, "Qarabağ"dan çox geri düşdük. Amma çempionat uzundur. Çalışacağıq ki, bu fərqi aradan qaldıraq. Bu bizim üçün çətin olacaq.

-Bəlkə Avroliqadakı uğursuzluq legionerləri həvəsdən salıb, ona görə oynamırlar?

- "Qəbələ" peşəkar komandadır, inanmıram ki, elə olsun. 

Son xəbərlər

Orphus sistemi