"Maribor" - "Qəbələ" oyununun hakim təyinatları açıqlanıb

"Maribor" - "Qəbələ" oyununun hakim təyinatları açıqlanıb Oyunu Viktor Kassay idarə edəcək
Futbol
22 Avqust , 2016 13:20
Maribor - Qəbələ oyununun hakim təyinatları açıqlanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" və Sloveniyanın "Maribor" komandaları arasında keçiriləcək cavab matçının hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşmanı Macarıstandan olan hakimlər idarə edəcək. 

Oyunun baş hakimi Viktor Kassay olacaq. Györgi Rinq və Vensel Töt yay xətt, Tamas Boqnar isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Ukraynalı İqor İsçenko hakim-inspektor, maltalı Kris Bonett isə UEFA nümayəndəsidir.

Qeyd edək ki, avqustun 25-də Sloveniyada keçiriləcək "Maribor" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi