"Qəbələ" - "Maribor" oyununun biletləri satışa çıxarılıb

"Qəbələ" - "Maribor" oyununun biletləri satışa çıxarılıb Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır
Futbol
15 Avqust , 2016 16:29
Qəbələ - Maribor oyununun biletləri satışa çıxarılıb

Bakı. 15 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində "Qəbələ" və Sloveniya "Maribor"u arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb. 

"Report"un məlumatına görə, biletləri bu gündən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da (Mərdəkan) keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi