​"Qəbələ" - "Lill" oyununa 3 min 500 bilet satılıb

​"Qəbələ" - "Lill" oyununa 3 min 500 bilet satılıb Qiymətlər sektorlardan asılı olaraq, 1-10 manat arasında dəyişir
Futbol
2 Avqust , 2016 21:43
​Qəbələ - Lill oyununa 3 min 500 bilet satılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" və Fransanın "Lill" komandaları arasında Bakıda keçiriləcək oyuna təxminən 3 min 500 bilet satılıb.

Bu barədə "Report"a klubdan məlumat verilib.

Oyunun keçiriləcəyi 4 avqust tarixinədək bütün biletlərin satılacağı gözlənilir. Satışa təxminən 8 min 500 bilet çıxarılıb. Biletləri matçın keçiriləcəyi "Bakcell Arena" və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" – “Lill” qarşılaşması saat 21:00-da başlayacaq.

Komandalar arasında Fransada keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi