​"Qəbələ" klubunun prezidenti: Qalib gəlmək istəyirdik, bu dəfə alınmadı

​"Qəbələ" klubunun prezidenti: Qalib gəlmək istəyirdik, bu dəfə alınmadı "Biz 3 xal qazanmaq istəyirdik. Amma ən azı 3 xal itirmədik"
Futbol
18 Sentyabr , 2015 03:27
​Qəbələ klubunun prezidenti: Qalib gəlmək istəyirdik, bu dəfə alınmadı

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Qəbələ" klubunun prezidenti Taleh Heydərov futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda PAOK-la oyun (0:0) haqqında fikirlərini bildirib.

"Report" həmin müsahibəni təqdim edir.

- Fikrimcə, yaxşı oynadıq. Sonadək mübarizə apardıq. Əlbəttə, hər kəs qələbə gözləyirdi. Biz də qalib gəlmək istəyirdik. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn oyunlarda qələbə qazanaq.

- Bu oyunda "Qəbələ"nin 2 xal itirdiyini söyləmək olar?

- Bəli. Biz 3 xal qazanmaq istəyirdik. Amma ən azı 3 xal itirmədik. Bu da bizim üçün kifayət qədər yaxşı nailiyyətdir. Məğlub olmadıqsa da, bu, bizim üçün uğurdur. Çalışacağıq ki, növbəti oyunlarda qalib gələk.

- Yeni transferlərin oyunundan razı qaldınız?

- Məncə, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Komandaya uyğunlaşıblar.

- Qrup mərhələsində "Qəbələ"nin qarşısına hansı məqsəd qoyulub?

- Qrupumuza çətin komandalar düşüb. Ölkəmizi ən yüksək səviyyədə təmsil etmək istəyirik. Əlbəttə, qrupdan çıxmaq istərdik. Bu, bizim məqsədimizdir. Bura qədər çata bilmişiksə, bütün maneə və çətinliklərə baxmayaraq, güclü komandalara qalib gəlmişiksə, hesab edirəm ki, yaxşı oynasaq, istədiyimiz nailiyyəti əldə edə bilərik. Əlbəttə, qrupda

- Növbəti səfər matçlarında da komandanızı dəstəkləyəcəksiniz?

- Bəli. Komandamızı hər yerdə dəstəkləməyə çalışıram. Bütün oyunlarda iştirak edəcək və dəstək verəcəyəm.

- Tribunalarda azarkeşlərin azlığı ilə bağlı nə deyə bilərdiniz?

- Ola bilsin, vaxt amili ilə bağlıdır. Oyun saat 22:00-da başladı. Amma biz klub olaraq, daim azarkeşləri oyuna dəvət edirik. İndi də üzümü azarkeşlərə tutub deyirəm ki, komandamızın sizin dəstəyinizə ehtiyacı var. Ona görə də növbəti ev oyunlarımızda iştirak edin.

- Paralel matçda Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya "Krasnodar"ına qalib gəldi. Bu nəticənin "Qəbələ"nin işinə yaradığını demək olar?

- Ən əsası, hər şey "Qəbələ"nin oyunundan asılıdır. Əsas məsələ bizim nə cür oyun göstərməyimizdir. Çalışırıq ki, rəqibin gücünə uyğun oynayaq.

- Sizcə, "Qəbələ" qrupda nə qədər xal yığa bilər?

- Bunu demək çətindir. Qrupdakı bütün klublar güclüdür. Bu gün 1 xal topladıq. İstərdik ki, bundan sonra daha çox xal yığaq.

Son xəbərlər

Orphus sistemi