​"Qəbələ" klubunun daha 2 rəqibi müəyyənləşib

​"Qəbələ" klubunun daha 2 rəqibi müəyyənləşib Rəqiblər arasında Ukrayna "Dnepr"i də var
Futbol
23 Dekabr , 2015 12:40
​Qəbələ klubunun daha 2 rəqibi müəyyənləşib

Bakı. 23 dekabr. REPORT.AZ/ "Qəbələ" futbol komandası Ukrayna "Dnepr"i  ilə yoxlama matçı keçirəcək. Klubdan "Report"a verilən məlumata görə, oyun "qırmızı qaralar"ın Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. 

Qarşılaşma 24 yanvara təyin olunub. "Qəbələ" eyni zamanda yanvarın 17-də Almaniyanın "Osnabrük", yanvarın 20-də İsveçrənin "Sürix", yanvarın 23-də isə Bolqarıstanın "Levski" komandası ilə qarşılaşacaq. 

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında 10 - 27 yanvarda olacaq. 

Son xəbərlər

Orphus sistemi