Bakı. 18 mart. REPORT.AZ/ “Qəbələ” İdman Klubunun rəmzləri sırasına futbol marşı da əlavə olunub. "Report"un məlumatına görə, klubun rəsmi marşı yazılıb.
Marş fərqli sərhədlərdə yaşayan türk "trio" tərəfindən hazırlanıb. Əsərin sözləri qəbələli ziyalı, filologiya elmləri doktoru, professor Abid Tahirliyə məxsusdur. Musiqisinin müəllifinin türkiyəli bəstəkar Mehmet Cem Ünal olduğu marşı Cənubi Azərbaycan musiqiçilərindən ibarət “Barış” qrupu ifa edir. Klip isə "Qəbələ" TV tərəfindən hazırlanıb.
Qeyd edək ki, ilk belə marşın yazılması ötən ilin ikinci yarısına təsadüf edən 10 illik yubiley, həmçinin “Qəbələ”nin qitəmiqyaslı turnirdə ikinci mövsümündə Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi, ölkə futbolunun liderlərindən birinə çevrilməsi ilə həmahənglənib və tarixiləşib.