"Qəbələ" klubu qapıçılarından biri ilə yollarını ayırıb

"Qəbələ" klubu qapıçılarından biri ilə yollarını ayırıb Andrey Popoviçlə müqavilə pozulub
Futbol
6 İyun , 2016 13:46
Qəbələ klubu qapıçılarından biri ilə yollarını ayırıb

Bakı. 6 iyun. REPORT.AZ/ "Qəbələ” futbol klubu qapıçı Andrey Popoviçlə yollarını ayırıb. "Report"un məlumatına görə, Ukrayna əsilli qolkiperlə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. 

Klub Popoviçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Qeyd edək ki, 2015-ci ilin yayından “qırmızı-qara” forma geyinən 24 yaşlı futbolçu komandanın heyətində 1 mövsüm çıxış edib. Qolkiper 2015-2016-cı illər mövsümündə “Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb. Popoviç Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatını qazanıb.

Son xəbərlər

Orphus sistemi