"Qəbələ" klubu azarkeşlərlə görüş keçirib

"Qəbələ" klubu azarkeşlərlə görüş keçirib Görüşdə baş məşqçi və bəzi futbolçular iştirak ediblər
Futbol
18 Oktyabr , 2015 20:33
Qəbələ klubu azarkeşlərlə görüş keçirib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün "Qəbələ" klubu azarkeşlərlə görüş keçirib.

"Report"un məlumatına görə, "Port Baku Mall"da keçirilən görüşdə baş məşqçisi Roman Qriqorçuk və məşqçilər heyəti, futbolçulardan Ruslan Abışov, Aleksey Antonov, Sergey Zenyov, Aleksey Qay və klubun digər rəsmi nümayəndələri iştirak edib.

Görüş haqda məlumat verən klubun marketinq üzrə meneceri Səməd Nəsibov bu tədbirin azarkeş baxımından önəmli olduğunu qeyd edib. O, Avropa Liqasında Almaniyanın "Borussiya" klubu ilə Bakıda keçiriləcək oyuna bilet almaqla Dortmunda yollanmaq imkanının olduğunu da xatırladıb.

Onun sözlərinə görə, azarkeşlər oktyabrın 22-də keçiriləcək oyuna bilet alaraq lotoreyada iştirak hüququ qazanacaq. Ən şanslı 3 azarkeş komanda ilə birgə Dortmunda yollanacaq, klubun forma sponsoru "Sarar"dan kostyum və ya imzalı forma qazanacaq.

Tədbirin gedişində media nümayəndələri və azarkeşlər arasında müsabiqə keçirilib. Komanda və futbolçularına aid suallara düzgün cavab verən 4 mətbuat nümayəndəsi və 4 azarkeş klub tərəfindən "Qəbələ"nin orijinal forma və "Borussiya" ilə Bakıda keçiriləcək oyuna biletlə mükafatlandırılıb.

Formalar baş məşqçi R.Qriqorçuk tərəfindən imzalanaraq sahiblərinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi