"Qəbələ" klubu Antalya toplanışını vaxtından əvvəl başa vurub

"Qəbələ" klubu Antalya toplanışını vaxtından əvvəl başa vurub Komanda artıq Azərbaycandadır
Futbol
25 Yanvar , 2016 09:57
Qəbələ klubu Antalya toplanışını vaxtından əvvəl başa vurub

Bakı. 25 yanvar. REPORT.AZ/ "Qəbələ" futbol komandasının qış hazırlıq planında dəyişiklik baş verib. "Report"un məlumatına görə, "qırmızı-qaralar" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını erkən başa vurub.

Baş məşqçi Roman Qriqorçukun istəyilə toplanış yanvarın 27-də yox, ötən gün yekunlaşıb. Ukrayna "Dnepr"i ilə son yoxlama oyunundan sonra "Qəbələ" Antalyadan İstanbula, oradan isə Gəncəyə uçub. Komanda üzvləri yanvarın 30-da "Kəpəz"lə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIX turunun hazırlıqlarını ölkədə davam etdirəcəklər.

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında 3 oyun keçirib. Almaniya "Osnabrük"ü ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar" İsveçrə "Sürix"ini darmadağın edib - 4:0. Son qarşılaşmada isə "Dnepr" sevinib - 1:0. 

Son xəbərlər

Orphus sistemi