​“Qəbələ” futbol klubu Premyer Liqada üçüncü yeri tutub

​“Qəbələ” futbol klubu Premyer Liqada üçüncü yeri tutub Bu gün futbol üzrə Azərbaycan çempionatına yekun vurulub
Futbol
29 May , 2015 00:49
​“Qəbələ” futbol klubu Premyer Liqada üçüncü yeri tutub

Bakı. 29 may. REPORT.AZ/ Topaz Premyer Liqasında 2014/2015 mövsümünə Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Simurq” oyunu ilə yekun vurulub.

"Report" xəbər verir ki, 36-cı turun, eləcə də Premyer Liqada mövsümün "Xəzər Lənkəran" və "Simurq" arasında keçirilən son oyunu qolsuz bərabərliklə başa çatıb.

Bununla da, Premyer Liqada 2014/2015 mövsümünün bürünc medallarını “Qəbələ” klubu qazanmış olub. 36-cı tur çərçivəsində keçirilən görüşdə “Bakı”nı 3-0 hesabı ilə məğlub edən şimal təmsilçisi ardıcıl ikinci dəfə bürünc medalları muzeyinə apara bilib.

“Qəbələ” klubuna bürünc medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

Qeyd edək ki, Premyer Liqada “Qarabağ” çempion olub, “İnter” isə gümüş medallara sahib çıxıb. “Qəbələ” bu gün bürünc medalları qazanmaqla medalçılar siyahısını tamamlayıb. 

Son xəbərlər

Orphus sistemi