"Qəbələ" də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb - VİDEO

"Qəbələ" də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb - VİDEO Roman Qriqorçukun baş məşqçi olduğu komanda "Maribor"u mübarizədən kənarlaşdırıb
Futbol
26 Avqust , 2016 00:51
Qəbələ də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb - VİDEO

Bakı. 26 avqust. REPORT.AZ/ Qəbələ" klubu tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Roman Qriqorçukun baş məşqçi olduğu komanda bu dəfə "pley-off" mərhələsində Sloveniya "Maribor"unu mübarizədən kənarlaşdırıb.

Bakıda 3:1 hesabı ilə qalib gəldikləri görüşün revanşında "qırmızı-qaralar" minimal hesabla yeniliblər - 0:1. Yeganə topu ilk görüşdə olduğu kimi, yenə kapitan Markos Tavares vurub. O, 66-cı dəqiqədə uzaq məsafədən qapını dəqiq nişan alıb.

Üç dəqiqə sonra "Qəbələ"nin futbolçusu Teo Uiks kobud oyunu səbəbindən birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb. Azlıqda qalmasına baxmayaraq, Azərbaycan təmsilçisi hesabı qoruyub və top fərqinin daha üstün olması səbəbindən mərhələ adlayıb.

Beləliklə, 2016-2017 mövsümündə də Azərbaycanı Avropa Liqasının qrup mərhələsində 2 klub təmsil edəcək. Daha öncə "Qarabağ" İsveç "Göteborq"unu mübarizədən kənarlaşdırıb - 0:1, 3:0.

Qeyd edək ki, qrup mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi