​"Qəbələ" "Çernomorets" üzərində qələbə qazanıb

​"Qəbələ" "Çernomorets" üzərində qələbə qazanıb Matç "qırmızı-qaralar"ın 2:0-lıq üstünlüyü ilə başa çatıb
Futbol
7 Sentyabr , 2015 00:58
​Qəbələ Çernomorets üzərində qələbə qazanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün yoxlama oyunu keçirib.

"Report" xəbər verir ki, 6 günlük hazırlıqların son günündə “qırmızı-qaralar” yerli “Çernomorets” klubu ilə qarşılaşıb.

Komandamız bu matça aşağıdakı start heyəti ilə çıxıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Rafael Santos, Vitali Vernidub, Rikardinyo, Georgi Floresku, Aleksey Qay, Dodo, Vaqif Cavadov, Fakundo Pereyra, Aleksey Antonov.

“Çernomorets” klubunun eyniadlı stadionunda keçirilən qarşılaşmanı 5500 tamaşaçı izləyib. 100 azərbaycanlı azarkeşin də seyr etdiyi görüş “Qəbələ”nin üstünlüyü ilə keçib. Hər hissədə 1 qol vuran komandamız 2:0 hesabı ilə qalib gəlib. Hesabı oyunun 13-cü dəqiqəsində Antonov açıb. Qoldan sonra meydan sahibləri bərabərlik qolu üçün irəli atılsa da, “qırmızı-qaralar” üstünlüyünü əldən verməyib. Fasilədən sonra isə komandamız rəqib qapısına daha bir qol vuraraq fərqi artırıb. Oyunun 69-cu dəqiqəsində hücuma qoşulan Vitali Vernidub Odessa təmsilçisinin qapısını dəqiq nişan alıb. Komandamızın ikinci qolundan sonra azarkeşlər qarşılıqlı hücumların şahidi olublar. Lakin tərəflər hesabı dəyişməyə müyəssər olmayıb.

Beləliklə, sentyabrın 1-dən Odessada təlim-məşq toplanışında olan “Qəbələ” bu qarşılaşma ilə hazırlıqlarını başa vurub. Komandamız sabah Azərbaycana qayıdacaq.

Son xəbərlər

Orphus sistemi