"Qəbələ" Bakıda "Borussiya" klubuna məğlub olub - VIDEO

"Qəbələ" Bakıda "Borussiya" klubuna məğlub olub - VIDEO Bakıda keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
22 Oktyabr , 2015 21:54
Qəbələ Bakıda Borussiya klubuna məğlub olub - VIDEO

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qəbələ" növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə görüş "Bakcell Arena"da baş tutub.

Azərbaycan təmsilçisi matçın ilk dəqiqələrindən real qol vəziyyətləri yaratsa da, imkanları boşa verib. Əvəzində Dortmund klubu 31-ci dəqiqədə "Qəbələ"nin qapısına yol tapıb. Rəqibin heyətində Pyer-Emerik Obameyanq adını tabloya yazdırıb - 1:0. 7 dəqiqə sonra ilk qolun sahibi dubl edərək özünün və komandasının ikinci qoluna imza atıb. Bundan sonra tərəflərin qol vurmaq cəhdləri səmərə verməyib. İlk hissə "Borussiya"nın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissədə də ölkə təmsilçisi rəqib qapısına yol tapmaq istəsə də, buna nail ola bilməyib. Əvəzində matçın 72-ci dəqiqəsində Obameyanq het-trik edib. O, Dmitri Bezotosnını 3-cü dəfə məyus edib. Oyuna əlavə olunan dəqiqələrdə isə Dodo "Qəbələ"nin təsəlli qolunu vura bilib və oyun Azərbaycan təmsilçisinin 1:3 hesbalı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Yunanıstan PAOK-u ilə Bakıda qolsuz heç-heçə edən "Qəbələ" ikinci görüşdə Rusiyada "Krasnodar"a 1:2 hesabı ilə məğlub olub. 3 oyundan sonra "Qəbələ" 1 xalla qrup sonuncusudur.

Avropa Liqası. 3-cü tur

"Qəbələ" - "Borussiya" - 1:3

Qollar: Pierre-Emerick Aubameyang, 31, 38, 72 (1:0, 2:0, 3:0), Dodo, 90+2 (3:1)

Son xəbərlər

Orphus sistemi