"Qəbələ" Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü matçında qalib gələ bilməyib

"Qəbələ" Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü matçında qalib gələ bilməyib Bu dəfə "İnter"lə görüş heç-heçə ilə nəticələnib
Futbol
9 Noyabr , 2015 17:59
Qəbələ Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü matçında qalib gələ bilməyib

Bakı. 9 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna yekun vurulub. "Report"un məlumatına görə, turun son oyunu Qəbələdə keçirilib.

Eyniadlı komanda doğma azarkeşlər önündə Bakının "İnter" klubunu qəbul edib. İlk qol 30-cu dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Aleksey Antonov hesab açıb. Lakin "bankirlər"in cavab qolu gecikməyib. Dieqo Martins 5 dəqiqə sonra tablodakı rəqəmləri eyniləşdirib. İkinci hissədə stadiona toplaşan azsaylı azarkeşlər qol görməyib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, bu, "Qəbələ"nin ardıcıl 4-cü, "İnter"in isə ardıcıl 3-cü heç-heçəsi olub. 12 turdan sonra "Qəbələ" 22 xalla turnir cədvəlinin 2-ci, "İnter" isə 20 xalla 4-cü pilləsində qərarlaşıb. Turun digər oyunlarında "Xəzər Lənkəran" evdə "Qarabağ"a 0:1, "Neftçi" "Rəvan"a 2:3 hesabı ilə uduzub. "Zirə" Sumqayıt"ı 3:2 hesabı ilə yenib.AZAL - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib - 1:1.    

Son xəbərlər

Orphus sistemi