"Qəbələ" Avropa Liqasında qrup mərhələsini adlaya bilməyib

"Qəbələ" Avropa Liqasında qrup mərhələsini adlaya bilməyib Hazırda PAOK-un 3, "Qəbələ"nin 1 xalı var
Futbol
26 Noyabr , 2015 21:55
Qəbələ Avropa Liqasında qrup mərhələsini adlaya bilməyib

Bakı. 26 noyabr. REPORT.AZ/ "Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsini adlaya bilməyəcək. "Report"un məlumatına görə, bu, C qrupunda Rusiya "Krasnodar"ı ilə Almaniyanın "Borussiya" (Dortmund) komandası arasındakı görüşdən sonra müəyyənləşib.

Matçı 1:0 hesablı qələbə ilə başa vuran "Krasnodar" xallarını 10-a çatdırıb və eyni xala malik "Borussiya" ilə birgə 1/16 finala vəsiqəni təmin edib. Bununla da "Qəbələ"nin Yunanıstan PAOK-u ilə səfər matçı və son turda "Krasnodar"la ev oyunu formallığa çevrilib.

Qeyd edək ki, hazırda PAOK-un 3, "Qəbələ"nin 1 xalı var. İki komanda arasındakı qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 00:05-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi