"Qəbələ" "Apollon"la oyun öncəsi futbolçu itkisi ilə üzləşib

"Qəbələ" "Apollon"la oyun öncəsi futbolçu itkisi ilə üzləşib Ermin Zets bu gün sifariş ərizəsinə əlavə olunacaq
Futbol
28 İyul , 2015 16:13
Qəbələ Apollonla oyun öncəsi futbolçu itkisi ilə üzləşib

Bakı. 28 iyul. REPORT.AZ/ "Qəbələ" komandası Kipr "Apollon"u ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi futbolçu itkisi ilə üzləşib. Klubdan "Report"a verilən məlumata görə, yarımmüdafiəçi George Floresku son məşqlərdən birində qasıq nahiyəsindən zədələnib. 

Həkimlər onun bir həftəyədək məşq etməsinə icazə verməyiblər. Bu səbəbdən rumıniyalı legioner komanda ilə birgə səfərə çıxmayacaq. 31 yaşlı oyunçu çox güman ki, cavab matçını da buraxmalı olacaq. Floresku daha öncə Serbiya "Çukariçki"si ilə Avroliqanın II təsnifat mərhələsinin cavab oyununda sarı vərəqə limitini keçdiyi üçün çıxış etməyib. 

Əvəzində daha bir yeni transfer Ermin Zets Kiprə aparılacaq. Bosniya və herseqovinalı hücumçu bu gün sifariş ərizəsinə əlavə olunacaq. 

Qeyd edək ki, "Qəbələ" "Apollon"la oyuna sabah saat 12:00-da Bakı - Larnaka çarter reysi ilə yollanacaq. İyulun 30-da "Antonis Papadopulos" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi