​"Qarabağ" Xocalı soyqırımı ilə bağlı tədbir keçirib

​"Qarabağ" Xocalı soyqırımı ilə bağlı tədbir keçirib İlk olaraq faciədə ölənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib
Futbol
26 Fevral , 2015 19:19
​Qarabağ Xocalı soyqırımı ilə bağlı tədbir keçirib

Bakı. 26 fevral. REPORT.AZ/ "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar komanda üzvləri ilə görüş keçirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, günorta saatlarında baş tutan görüşdə ilk olaraq faciədə ölənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Ardınca T.Gözəl 1992-ci ildə baş verən faciə haqqında danışıb. O, baş verən faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsünün olduğunu qeyd edib. Vitse-prezident yüzlərlə günahsız insanın qətlə yetirilməsinin arxasında heç bir torpaq, milli inancın dayana bilməyəcəyini bildirib.

Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirən T.Gözəl orada öldürülən uşaqların sadəcə Azərbaycanın deyil, bütün insanların övladları olduğunu söyləyib. O, baş verən hadisəni cahiliyyətin törətdiyi qətliam adlandırıb.

Qarabağ adının "Qarabağ"la fərq yaratdığını, amma bu adı ən qürurulu şəkildə daşıdıqlarını ifadə edən klub rəsmisi 1 milyon məcburi köçkünün Qarabağ sevdasının təsəllisinin bu komanda olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi