​"Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub - YENİLƏNİB

​"Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub - YENİLƏNİB Siyahıda "Borussiya" və "Sent-Etyen" də var
Futbol
7 Avqust , 2015 12:23
​Qarabağ və Qəbələnin potensial rəqibləri məlum olub - YENİLƏNİB

Bakı. 7 avqust. REPORT.AZ/ Avropa Liqasının "play-off" mərhələsinin püşkatma mərasimi öncəsi komandalar qruplara bölünüb. "Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri - "Qarabağ" 2-ci, "Qəbələ" 4-cü qrupa düşüb.

"Qarabağ"ın potensial rəqibləri: 1. "Ayaks" (Hollandiya) 2. PAOK (Yunanıstan) 3. Yanq Boyz (İsveçrə) 4. "Standard" (Lyej, Belçika) 5. "Sent-Etyen" (Fransa).

"Qəbələ"nin potensial rəqibləri: 1. "Borussiya" (Dortmund, Almaniya) 2. AZ (Alkmaar, Hollandiya) 3. "Sparta" (Praqa, Çexiya) 4. "Panatinaikos" (Yunanıstan) 5 "Sautqempton" (İngiltərə) 6. "Krasnodar" (Rusiya).

*** 07:11

Bakı. 7 avqust. REPORT.AZ/ Avropa Liqasının "play-off" mərhələsinin püşkatma mərasimi bu gün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş qərargahında keçiriləcək.

"Report" xəbər verir ki, bu mərhələdə Azərbaycanı təmsil edən "Qarabağ" və "Qəbələ" klubları "səpələnməmişlər" qrupunda yer alıb. Bu səbəbdən onlarla bir qrupda qərarlaşan klublar püşkatma zamanı bir-biriləri ilə düşə bilməzlər.

"Səpənəlməmişlər" səbətində yer alan klublar bunlardır: "Rusenborq" (Norveç), "Hayduk" (Xorvatiya), HİK (Finlandiya), "Atromitos" (Kipr), "Tun" (İsveçrə), "Molde" (Norveç), "Astra" (Rumıniya), "Yablonets" (Çexiya), "Dinamo" (Minsk, Belarus), "Jilina" (Slovakiya), "Midtüllann" (Danimarka), "Videoton" (Macarıstan), "Brondbü" (Danimarka), "Voyvodina" (Serbiya), "Altax" (Avstriya), "Rabotniçki" (Makedoniya), "Milsami" (Moldova), "Odd" (Norveç), "Kayrat" (Qazaxıstan), "Zarya" (Ukrayna).

Klublarımızın potensial rəqibləri isə aşağıdakılardır: "Rubin", "Krasnodar" (Hər ikisi Rusiya), "Borussiya" (Dortmund, Almaniya), "Ayaks", AZ (Hər ikisi Hollandiya), "Red Bull" (Avstriya), "Viktoriya" (Çexiya), PAOK (Yunanıstan), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Standard" (Belçika), "Legiya" (Polşa), "Bordo" (Fransa), "Panatinaikos" (Yunanıstan), "Lex" (Polşa), "Sent-Etyen" (Fransa), "Slovan" (Çexiya), "Sautqempton" (İngiltərə), "Belenenseş" (Portuqaliya).

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 4-də keçiriləcək. Bu mərhələnin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq. Cütlüklərin qalibləri Avropa Liqası turnirinin qrup mərhələsinə yüksələcək.

Son xəbərlər

Orphus sistemi