"Qarabağ" və "Neftçi" ev arenalarını dəyişəcək

"Qarabağ" və "Neftçi" ev arenalarını dəyişəcək Hər iki stadion Yerli Təşkilat Komitəsinin ixtiyarına veriləcək
Futbol
7 Aprel , 2016 15:06
Qarabağ və Neftçi ev arenalarını dəyişəcək

Bakı. 7 aprel. REPORT.AZ/ "Qarabağ" və "Neftçi" klubları ev oyunlarını keçirdiyi stadionları may ayından etibarən Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının Yerli Təşkilat Komitəsinin ixtiyarına verəcəklər. Bu barədə "Report"a hər iki klubun mətbuat xidmətindən bildirilib.

Səbəb kimi "Azərsun Arena" və "Bakcell Arena"nın mayın 5-dən start götürəcək qitə çempionatının oyunları üçün ayrılması göstərilib.

"Qarabağ"ın stadionunda yalnız qrup oyunları keçiriləcək. Görüşlər 5-6, 8-9 və 11-12 mayda baş tutacaq. "Neftçi"nin ev arenası isə qrup oyunları ilə yanaşı, 14-15 maya təsadüf edəcək 1/4 final oyunları üçün də nəzərdə tutulub. "Qarabağ" mayın 4-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "İnter"i, Premyer Liqada isə mayın 7-də XXXIII turda "Sumqayıt"ı, mayın 11-də XXXIV turda "Qəbələ"ni, mayın 21-də mövsümün son turunda AZAL-ı qəbul etməlidir. "Bakcell Arena"da isə "Neftçi" mayın 7-də XXXIII turda AZAL, mayın 15-də XXXV turda "İnter"lə qarşılaşacaq. Klublardan "Report"a verilən məlumata görə, hələlik ev oyunlarının hansı stadionda keçiriləcəyi müəyyənləşməyib.

Qeyd edək ki, Avropa çempionatı mayın 21-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi