​"Qarabağ" və "İnter" Antalyada son oyunlarını keçirəcək

​"Qarabağ" və "İnter" Antalyada son oyunlarını keçirəcək "İnter" bir, "Qarabağ" iki oyunda qüvvəsini sınayacaq
Futbol
23 Yanvar , 2016 09:44
​Qarabağ və İnter Antalyada son oyunlarını keçirəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın "İnter" və "Qarabağ" klubları bu gün növbəti yoxlama oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, "Qarabağ" iki görüşdə qüvvəsini sınayacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk olaraq Avstriyanın "Admira Uaker", 2 saat sonra isə Polşanın "Jagelloniya"sı ilə qüvvəsini sınayacaq. Komanda Macarıstan təmsilçisi "Diosqyor"la oyundan 4:0, Almanyanın regional liqa təmsilçisi "Rot-Veyss"lə görüşdən isə 1:0 hesablı qələbə ilə ayrılıb.

"İnter" isə sonuncu yoxlama oyununu Qazaxıstan "Atırau"sına qarşı keçirəcək. "Bankirlər" Almaniya "Verder"inin U-23, əsas və Slovakiyanın "Slovan" komandalarına müvafiq olaraq 0:1, 0:1 və 1:2 hesabı ilə məğlub olub.

Yoxlama görüşləri

14:00. "İnter" – "Atırau"

18:15. "Qarabağ" – "Admira Uaker"

20:15. "Qarabağ" – "Jagelloniya"

Son xəbərlər

Orphus sistemi