"Qarabağ" - "Tottenhem" matçından öncə bir dəqiqəlik sükut olmayacaq

"Qarabağ" - "Tottenhem" matçından öncə bir dəqiqəlik sükut olmayacaq UEFA-nın qərarı Azərbaycan yığmalarının oyunlarına şamil edilib
Futbol
16 Noyabr , 2015 13:46
Qarabağ - Tottenhem matçından öncə bir dəqiqəlik sükut olmayacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı ilə əlaqədar UEFA-nın qəbul etdiyi bir dəqiqəlik sükut qərarı "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı oyunlarına şamil olunmayacaq. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

O, bildirib ki, qitə futbol qurumundan daxil olan məktubda bu qərarın yalnız 14 - 17 noyabrda keçiriləcək beynəlxalq oyunlara şamil olunduğu vurğulanıb: "Bu səbəbdən, Bakıda 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində son turun Ukrayna - Türkiyə və Azərbaycan - Bosniya və Herseqovina matçlarından öncə bir dəqiqəlik sükut oldu. Noyabrın 17-də isə Azərbaycan milli komandasının Moldova ilə yoldaşlıq görüşündə və 21 yaşadək yığma komandalar arasında Avropa çempionatının Azərbaycan - Rusiya qarşılaşmasından öncə eyni  hal baş verəcək".

Qeyd edək ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilmiş terror aktı nəticəsində 120-dən çox insan həlak olub, 130-a yaxın şəxs yaralanıb. "Qarabağ" noyabrın 26-da Bakıda İngiltərə "Tottenhem"i, "Qəbələ" isə Salonikidə Yunanıstan PAOK-u ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi