"Qarabağ" klubu mövsümün sonunadək rəqiblərini qəbul edəcəyi stadionu müəyyənləşdirib

"Qarabağ" klubu mövsümün sonunadək rəqiblərini qəbul edəcəyi stadionu müəyyənləşdirib "Bakcell Arena"da ev oyunlarını iki komanda keçirəcək
Futbol
27 Mart , 2015 10:43
Qarabağ klubu mövsümün sonunadək rəqiblərini qəbul edəcəyi stadionu müəyyənləşdirib

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol klubu mövsümün sonunadək ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Klubun baş meneceri Asif Əsgərovun "Report"a verdiyi məlumata görə, Ağdam təmsilçisi gələn aydan rəqiblərini "Bakcell Arena"da qəbul edəcək. 

A.Əsgərov yalnız aprelin 1-də "İnter"lə əvvəlki kimi, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşma variantının olduğunu bildirib. 

Hazırda "Neftçi" komandası rəqiblərini "Bakcell Arena"da qəbul edir. "Qarabağ"ın da gəlişindən sonra hər iki komandanın eyni stadiondan yararlanmasında problem yarana bilər. Lakin klub rəsmisi belə bir ehtimalın olmadığını vurğulayıb: "Premyer Liqanın qalan bölümündə "Neftçi" və "Qarabağ"ın ev oyunları eyni tura təsadüf etməyəcək. Bu hal yalnız aprelin 1-də baş verəcək. Həmin gün "İnter"i Respublika stadionunda qəbul etmək niyyətindəyik". 

Qeyd edək ki, "Qarabağ"ın ev arenası kimi yararlandığı Tofiq Bəhramov adına Respublika stadionu apreldən "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin sərəncamına keçəcək. Mərkəzi stadionda Avropa Oyunları zamanı kamandan oxatma yarışları təşkil olunacaq. Arena "Bakı 2015"dək oxatma yarışları üçün əlverişli vəziyyətə salınacaq. "Qarabağ" isə mövsümün sonunadək "İnter"dən əlavə, AZAL, "Neftçi" və "Sumqayıt"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi