"Qarabağ" - "Seltik" qarşılaşmasında anşlaq olacaq

"Qarabağ" - "Seltik" qarşılaşmasında anşlaq olacaq Biletlərin demək olar ki, hamısı satılıb
Futbol
5 Avqust , 2015 11:57
Qarabağ - Seltik qarşılaşmasında anşlaq olacaq

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və Şotlandiya "Seltik"i arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə anşlaq olacaq. Klubdan "Report"a verilən məlumata görə, satışa çıxarılmış 30 min biletin demək olar ki, hamısı satılıb.

Kassada qalan son 500 bilet də bu gün səhərdən alınmağa başlayıb. Onlar sektorların aşağı oturacaqlarına olduğundan, alıcılarını daha erkən tapa bilməyib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi