"Qarabağ" sayılmayan qolu ilə bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edəcək

"Qarabağ" sayılmayan qolu ilə bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edəcək Bu barədə klubun vəkili açıqlama verib
Futbol
28 Aprel , 2015 16:20
Qarabağ sayılmayan qolu ilə bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edəcək

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubu futbol üzrə Avropa Liqasında qrup mərhələsinin son turunda İtaliya "İnter"inin qapısına vurduğu qolun sayılmaması ilə əlaqədar İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. "Report"un məlumatına görə, bu barədə Türkiyə mətbuatına Ağdam təmsilçisinin vəkili Qürur Qaye Günal açıqlama verib.

Q.Günal məhkəmədə "Qarabağ"ı təmsil edəcəyini bildirib. O, "İnter"lə matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeydanın təmiz qol vurduğu halda, "ofsayd" qərarı verildiyini xatırladıb. Vəkil deyib ki, şikayət sayılmayan qolla yox, oyun qaydalarının aşkar şəkildə pozulması ilə əlaqədardır: "Biz CAS-a müraciət edərək, UEFA Nizam-İntizam və Etika Komitəsinin verdiyi qərarın ləğvini tələb edəcəyik".

Q.Günal CAS prosesinin 5-6 aya qədər çəkəcəyini əlavə edib. 

Son xəbərlər

Orphus sistemi