"Qarabağ" - "Rudar" matçının biletləri satışa çıxarılıb

"Qarabağ" - "Rudar" matçının biletləri satışa çıxarılıb Azərbaycan klubu azarkeşlərə müraciət edib
Futbol
10 İyul , 2015 11:59
Qarabağ - Rudar matçının biletləri satışa çıxarılıb

Bakı. 10 iyul. REPORT.AZ/ Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Rudar" (Monteneqro) oyununun biletləri satışa çıxarılıb. "Report"un məlumatına görə, bu gün saat 10:00-dan etibarən biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.

Bilətlərin qiyməti 1 - 11-ci və 18 - 27-ci sektorlara 1 manat, 12 - 17-ci, 29-cu və 38-ci sektorlara 2 manat, VİP sektora isə 20 manatdır.

"Qarabağ" bütün ictimaiyyətdən yalnız Respublika stadionunun kassalarından və holoqramlı bilet almağı xahiş edir: "Kassadan bilet almaqla "Qara bazar" imkanlarını məhdudlaşdırmış olarıq. Klub tərəfindən ayrılmış mühafizə xidmətinin əməkdaşları da satış müddətində Sizə yardım etmək üçün çalışacaq".

Son xəbərlər

Orphus sistemi