"Qarabağ" qış fasiləsindən sonra ilk dəfə məğlub olub

"Qarabağ" qış fasiləsindən sonra ilk dəfə məğlub olub Hesabat turunun sensasiyası Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınıb
Futbol
28 Fevral , 2015 19:24
Qarabağ qış fasiləsindən sonra ilk dəfə məğlub olub

Bakı. 28 Fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib. "Report"un məlumatına görə, hesabat turunun sensasiyası Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınıb.

Çempionatın lideri "Qarabağ" evdə "Qəbələ"yə minimal hesabla uduzub. Bu, baş məşqçi Qurban Qurbanovun komandasının qış fasiləsindən sonra ilk məğlubiyyəti olub. Ağdam təmsilçisindən fərqli olaraq, ən yaxın izləyiciləri "İnter"lə "Neftçi" qələbəyə nail olub. "Bankirlər" doğma meydanda "Simurq"u, "flaqman" isə səfərdə "Sumqayıt"ı yenməyi bacarıb. Nəticədə "İnter" "Qarabağ"la xal fərqini 6-ya, "Neftçi" isə 7-yə endirib.

Qış fasiləsindən sonra qələbəyə həsrət qalan "Xəzər Lənkəran"la "Bakı" arasındakı qarşılaşma da az maraq doğurmayıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Lənkəran komandasından hər iki qolu Ağabala Ramazanov vurub. Paytaxt təmsilçisinin heyətində isə Nurlan Novruzov fərqlənib. Bununla da Novruzov hesabındakı qolların sayını 11-ə çatdırıb. Oyunun uzatma dəqiqələrində hər iki komanda azlıqda qalıb. Oyunun qəhrəmanı Ramazanovla yanaşı, Georgios Pelagias da meydandan qovulub.

Azərbaycan Premyer Liqası, XXIV tur

28 fevral

15:00. "İnter" (Bakı) – "Simurq" (Zaqatala) - 2:1

Qollar: Baçana Tsxadadze, 18. Elvin Məmmədov, 79 - Marko Stanoyeviç, 87

Qırmızı vərəqə: Marko Stanoyeviç, 88 ("Simurq")

16:00. "Sumqayıt" – "Neftçi" - 0:1

Qol: Nikolas Kanales, 83

17:00. "Xəzər Lənkəran" – "Bakı" - 2:1

Qollar: Ağabala Ramazanov, 9; 80 - Nurlan Novruzov, 42

Qırmızı vərəqələr: Ağabala Ramazanov, 90+1 - Georgios Pelagias, 90+3

17:00. "Qarabağ" – "Qəbələ" - 0:1

Qol: Ekiqo Ehiosun, 44

Xal durumu: "Qarabağ" - 46, "İnter" - 40, "Neftçi" - 39, "Simurq" - 29, "Qəbələ" - 28, AZAL - 25, "Xəzər Lənkəran" - 23, "Sumqayıt" - 19, "Bakı" - 11.

Son xəbərlər

Orphus sistemi