​"Qarabağ" qış fasiləsindən sonra çempionata məğlubiyyətlə başlayıb - VİDEO

​"Qarabağ" qış fasiləsindən sonra çempionata məğlubiyyətlə başlayıb - VİDEO AZAL evdə ağdamlılara şans verməyib
Futbol
31 Yanvar , 2016 17:15
​Qarabağ qış fasiləsindən sonra çempionata məğlubiyyətlə başlayıb - VİDEO

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqası çərçivəsində XIX turun növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, növbəti oyun günü çempionat liderinin 3 xal itirməsi ilə yadda qalıb.

Səfərdə AZAL-ın qonağı olan "Qarabağ" klubu qış fasiləsindən sonra liqaya məğlubiyyətlə başlayıb - 1:0.

Digər qarşılaşma Lənkəranda baş tutub. "Xəzər Lənkəran" - "Rəvan" matçında qalib müəyyənləşməyib.

Turun son qarşılaşması 17:30-da başlayacaq. Bakıda 1 xal fərqi ilə 1 və 4-cü yerləri bölüşən "Zirə" və "İnter" üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası, XIX tur

AZAL - "Qarabağ" - 1-0

Qol: Nuqzar Kvirtiya, 78 (1:0)

"Xəzər Lənkəran" - "Rəvan" - 0-0

Son xəbərlər

Orphus sistemi