"Qarabağ" - "Qəbələ" matçının vaxtı açıqlanıb

"Qarabağ" - "Qəbələ" matçının vaxtı açıqlanıb Mövsümün ilk yarısının son turunun proqramı müəyyənləşib
Futbol
17 Dekabr , 2015 18:24
Qarabağ - Qəbələ matçının vaxtı açıqlanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının son turunun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, 2 günü əhatə edəcək turdan sonra Premyer Liqada qış fasiləsi yaranacaq. 

Turun mərkəzi görüşü "Qarabağ"la "Qəbələ" arasında keçiriləcək. Oyun dekabrın 19-da saat 18:00-da başlanacaq. Ertəsi gün isə "Kəpəz"lə "Neftçi" arasındakı qarşılaşma daha çox diqqət mərkəzində olacaq. 

19 dekabr (şənbə)

18:00. “Qarabağ” – “Qəbələ”

Bakı, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

15:30. “Sumqayıt” – “Rəvan”

Sumqayıt, “Kapital Bank Arena”

20 dekabr (bazar)

15:00. AZAL – “Zirə”

Bakı, "AZAL Arena"

14:00. “Kəpəz” – “Neftçi”

Gəncə şəhər stadionu

16:30. “İnter” – “Xəzər Lənkəran”

Bakı, “İnter Arena” 

Son xəbərlər

Orphus sistemi