"Qarabağ" qapıçısını başqa komandaya göndərir

"Qarabağ" qapıçısını başqa komandaya göndərir Səlahət Ağayevi Fərhad Vəliyev əvəzləyəcək
Futbol
26 May , 2016 10:29
Qarabağ qapıçısını başqa komandaya göndərir

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayevlə yollarını ayıran "Sumqayıt" klubu "Qarabağ"da çıxış edən Fərhad Vəliyevlə anlaşıb.

Bu barədə "Report"a "Sumqayıt" klubundan məlumat verilib.

Məlumata görə, artıq 36 yaşlı əlcək sahibi ilə anlaşma əldə olunub və həftə ərzində 1 illik müqaviləyə imza atılacaq.

Hazırda milli komandanın heyətində Avstriyada təlim-məşq toplanışında olan S.Ağayev isə paytaxta qayıtdıqdan sonra "İnter"lə müqavilə imzalayacaq.

Son xəbərlər

Orphus sistemi