​"Qarabağ" makedoniyalı futbolçu ilə müqavilə imzalayıb

​"Qarabağ" makedoniyalı futbolçu ilə müqavilə imzalayıb Futbolçu ilə 1+1 illik müqavilə imzalanıb
Futbol
9 Sentyabr , 2015 14:45
​Qarabağ makedoniyalı futbolçu ilə müqavilə imzalayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə "Report"a klubun icraçı direktoru Əmrah Çəlikəl məlumat verib.

Klub rəsmisi bildirib ki, makedoniyalı Vladimir Dimitrovski ilə 1+1 illik müqavilə imzalanıb. Əvvəllər heyətində çıxış etdiyi klubda yaranan problemlərlə bağlı Ağdam təmsilçisinin yeni transferi Avropa Liqasının qrup mərhələsində çıxış edə bilməyəcək. 26 yaşlı müdafiəçi yanvara qədər yalnız ölkə çempionatı və kubok oyunlarında forma geyinəcək.

Ə.Çəlikəl komandanın "Tottenhem"lə oyun üçün İngiltərəyə gedəcəyi vaxtını da açıqlayıb. Onun sözlərinə görə Qurban Qurbanovun komandası sentyabrın 15-də yola düşəcək.

Son xəbərlər

Orphus sistemi