“Qarabağ”la Çexiya “Viktoriya”sı ilə keçiriləcək ilk oyunun vaxtı müəyyənləşib

“Qarabağ”la Çexiya “Viktoriya”sı ilə keçiriləcək ilk oyunun vaxtı müəyyənləşib Qarşılaşma iyulun 26-da Plzen şəhərində oynanılacaq
Futbol
21 İyul , 2016 13:55
“Qarabağ”la Çexiya “Viktoriya”sı ilə keçiriləcək ilk oyunun vaxtı müəyyənləşib

Bakı. 21 iyul. REPORT.AZ/ Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Çexiya “Viktoriya”sı ilə keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.

“Report”un UEFA-nın saytına istinadən məlumatına görə, qarşılaşma iyulun 26-da Plzen şəhərində oynanılacaq.

11 700 tamaşaçı tutumuna malik “Dusan Arena”da təşkil ediləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ” mübarizəyə başladığı II təsnifat mərhələsində Lüksemburq “Düdelanj”ını mübarizədən kənarlaşdırıb - 2:0, 1:1. "Viktoriya" isə Çempionlar Liqasında mübarizəyə III təsnifat mərhələsindən qoşulacaq.

Son xəbərlər

Orphus sistemi