​"Qarabağ" klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

​"Qarabağ" klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib Ağdam təmsilçisi iyunun 18-də bir araya gələcək
Futbol
9 İyun , 2015 16:12
​Qarabağ klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanda futbol mövsümünü "qızıl dubl"la başa vurmuş "Qarabağ" klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi iyunun 18-də bir araya gələcək.

Baş məşqçi Qurban Qurbanovun komandası həmin gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Almaniya-Avstriya sərhədindəki Kössendə hazırlıq keçəcək "köhlən atlar"ın paytaxtda dönüş tarixi turnirin püşkünün nəticəsinə əsasən müəyyənləşəcək. Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları 14-15 və 21-22 iyulda keçiriləcək. Püşkə əsasən, ilk oyunu Bakıda keçirməli olsa, komanda iyulun 8-də vətənə qayıdacaq.

Qeyd edək ki, "Qarabağ"ın legionerləri vətənlərinə yollansalar da, milli üzvləri yığmalarla birgə hələ də təlim-məşq toplanışındadırlar.

Son xəbərlər

Orphus sistemi