"Qarabağ" klubu ispaniyalı baş məşqçi gətirir

"Qarabağ" klubu ispaniyalı baş məşqçi gətirir Pablo Ximenes sosial şəbəkədəki şəxsi hesabında bu barədə bildirib
Futbol
31 Avqust , 2016 09:58
Qarabağ klubu ispaniyalı baş məşqçi gətirir

Bakı. 31 avqust. REPORT.AZ/ "Qarabağ" klubunun 18 yaşadək futbolçulardan ibarət komandası yeni baş məşqçiyə həvalə olunacaq. "Report"un məlumatına görə, bu, İspaniyanın "Uraqan" klubunun idman direktoru vəzifəsində çalışmış Pablo Ximenesdir.

Ximenes sosial şəbəkədəki şəxsi hesabında bildirib ki, xarici peşəkar klubdan təklif aldığı üçün 6 aydır çalışdığı komandadan ayrılır. 

Qeyd edək ki, Pablo Ximenes "Uraqan"da gənclərdən ibarət komandaların koordinasiyasına cavabdehlik daşıyıb.  

Son xəbərlər

Orphus sistemi