​"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna keçib

​"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna keçib Futbolçu ilə 2 illik müqavilə imzalanıb
Futbol
24 İyun , 2016 16:14
​Qarabağın sabiq futbolçusu Türkiyə klubuna keçib

Bakı. 24 iyun. REPORT.AZ/ "Qarabağ" klubunun sabiq futbolçusu Raydell Pupon Türkiyənin "Boluspor" klubu ilə müqavilə imzalayıb. 

"Report" Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu klubla 2 illik müqaviləyə qol çəkib.

Hollandiyalı futbolçu açıqlamasında "Boluspor"la müqavilə imzaladığı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Pupon 2015-ci ildə "Qarabağ"a transfer olub və daha sonra Hollandiyanın "Roda" klubuna üz tutub.

Son xəbərlər

Orphus sistemi