​"Qarabağ"ın rəqibi bu gün Bakıya gələcək

​"Qarabağ"ın rəqibi bu gün Bakıya gələcək Qonaqlar axşam saatlarında paytaxtda olacaq
Futbol
3 Noyabr , 2015 10:30
​Qarabağın rəqibi bu gün Bakıya gələcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" klubu bu gün Bakıya gələcək. Klubdan "Report"a verilən məlumata görə, Fransa təmsilçisinin saat 22:00 radələrində paytaxtda oacağı gözlənilir.

Artıq rəqib komandanın məskunlaşacağı otel də müəyyənləşib. Qonaqlar "Four Seasons" otelində qalacaq.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Qarabağ" - "Monako" qarşılaşması saat 20:00-da start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi