"Qarabağ"ın rəqibi Bakıya itkilərlə gələcək

"Qarabağ"ın rəqibi Bakıya itkilərlə gələcək Heyətdə zədəli futbolçular var
Futbol
18 Oktyabr , 2016 10:55
Qarabağın rəqibi Bakıya itkilərlə gələcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la qarşılaşacaq Yunanıstanın PAOK klubu Bakıya itkilərlə gələcək.

"Report"un Saloniki təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdə bir neçə futbolçu ilə bağlı problem yaşanır.

Ölkə çempionatının son turunda "İraklis"lə görüşün 46-cı dəqiqəsində zədə səbəbindən əvəzlənən Stelios Malezasın taleyinə bu gün aydınlıq gələcək. Eyni vaxtda yerini komanda yoldaşına verən Marin Leoviç isə bu gündən məşqlərə qoşulacaq. Zədəsini bərpa edən müdafiəçi Georgios Tzavellas da bu gündən hazırlıqlara start verəcək.

Bundan başqa müdafiəçi Dimitris Ciannulis komandaya qoşulub. Yarımmüdafiəçi Dimitris Pelkasın isə nə vaxt yaşıl meydanlara qayıdacağı bilinmir.

Qeyd edək ki, oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi